10
Əhdi möhürləyənlərin siyahısı
1 Əhdi möhürləyənlər bunlar idi: Xakalya oğlu vali Nehemya, Sidqiya,
2 Seraya, Azarya, Yeremya,
3 Paşxur, Amarya, Malkiya,
4 Xattuş, Şevanya, Malluk,
5 Xarim, Meremot, Avdiya,
6 Daniel, Ginneton, Baruk,
7 Meşullam, Aviya, Miyamin,
8 Maazya, Bilqay, Şemaya. Bunlar kahinlər idi.
9 Levililər: Azanyanın oğlu Yeşua, Xenadad övladlarından Binnuy və Qedmiel,
10 onların qardaşları Şevanya, Hodiya, Qelita, Pelaya, Xanan,
11 Mikeya, Rexov, Xaşavya,
12 Zakkur, Şerevya, Şevanya,
13 Hodiya, Bani, Beninu.
14 Xalqın başçıları: Paroş, Paxat-Moav, Elam, Zattu, Bani,
15 Bunni, Azqad, Bevay,
16 Adoniya, Biqvay, Adin,
17 Ater, Xizqiya, Azzur,
18 Hodiya, Xaşum, Besay,
19 Xarif, Anatot, Nevay,
20 Maqpiaş, Meşullam, Xezir,
21 Meşezavel, Sadoq, Yaddua,
22 Pelatya, Xanan, Anaya,
23 Huşə, Xananya, Xaşşuv,
24 Halloxeş, Pilxa, Şoveq,
25 Rexum, Xaşavna, Maaseya,
26 Axiya, Xanan, Anan,
27 Malluk, Xarim, Baana.
28 Qalan xalq – kahinlər, Levililər, məbəd qapıçıları, ilahiçilər, məbəd qulluqçuları, Allahın Qanununa görə ətraf xalqlardan ayrılan hər kəs arvadları, ağlıkəsən oğul və qızları ilə bərabər
29 əsl soydaşları ilə birləşdi. Allahın qulu Musanın əli ilə verilmiş Qanuna görə hərəkət etmək, Xudavəndimiz Rəbbin bütün əmrlərinə, hökmlərinə və qanunlarına etina ilə əməl etmək üçün and içdilər. Əməl etməyənlərə isə lənət oxudular.
30 And içdik ki, qızlarımızı ətrafımızdakı xalqlara verməyib onların qızlarını öz oğullarımıza almayacağıq.
31 Ətraf xalqlara mənsub olanlar Şənbə günü yaxud başqa müqəddəs bir gündə satmaq üçün əşya yaxud taxıl gətirsələr, onlardan heç nə almayacağıq. Yeddi ildə bir dəfə torpağı dincə qoyacağıq və bütün borcları ləğv edəcəyik.
32 Allahımızın məbədinin xidməti üçün ildə şekelin üçdə bir hissəsini verməyi öhdəmizə götürdük.
33 Bu pul təqdim çörəkləri, daimi taxıl təqdimi, daimi yandırma qurbanı, Şənbə günləri, Təzə Ay mərasimləri və başqa bayramlar, müqəddəs sovqatlar, İsrail övladlarının günahını kəffarə etmək üçün günah qurbanları və Allahımızın məbədinin digər ehtiyacları üçündür.
34 Biz kahinlər, Levililər və xalq hər il müəyyən vaxtda Allahımızın məbədini odunla təmin etmək üçün nəsillərimizə görə püşk atdıq. Bu odunlar Qanunda yazıldığı kimi Allahımız Rəbbin qurbangahında yandırılmalı idi.
35 Hər il torpağımızın ilk məhsulunu və hər növlü ağacın nübarını Rəbbin məbədinə aparmalıyıq.
36 Qanunda yazıldığı kimi ilk doğulan oğullarımızı, heyvanlarımızı, ilk doğulan mal-qara və qoyun-keçimizi Allahımızın məbədinə, orada xidmət edən kahinlərin yanına gətirməliyik.
37 Həm də xəmirimizin, taxıl təqdimlərimizin, hər növ ağaclarımızın meyvəsinin, təzə şərablarımızın, zeytun yağımızın nübarını kahinlərə, Allahımızın məbədinin anbarına, torpaq məhsullarımızın onda bir hissəsini isə Levililərə gətirməliyik. Çünki işlədiyimiz bütün şəhərlərdə onda bir hissəni Levililər alır.
38 Levililər onda bir hissəni alarkən Harun oğullarından olan kahin onlarla olacaq. Levililər isə alacaqları onda bir hissənin onda birini Allahımızın məbədinə, xəzinənin anbar otaqlarına aparacaq.
39 Çünki İsrail övladları və Levililər taxılın, təzə şərabın və zeytun yağının təqdimlərini anbar otaqlarına gətirməlidir. Orada Müqəddəs məkanın qabları, xidmət edən kahinlər, məbəd qapıçıları və ilahiçilər olacaq. Beləcə biz Allahımızın məbədinə laqeyd yanaşmayacağıq.