6
Məzmur 6
Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru.
* Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,
Hiddətlənib məni tənbeh etmə.
Ya Rəbb, mənə rəhm et,
Çünki taqətim qalmayıb.
Mənə şəfa ver, ya Rəbb,
Sümüklərim sızlayır.
Canıma vəlvələ düşüb.
Ya Rəbb, bu nə vaxtadək olacaq?
 
Ya Rəbb, gəl, mənə kömək et,
Məhəbbətin naminə məni xilas et!
Ölüb-gedən insan Səni xatırlamaz.
Axı ölülər diyarından kim Sənə şükür edəcək?
 
Öz ah-naləmdən bezmişəm,
Hər gecə ağlamaqdan döşəyim islanır,
Göz yaşlarımdan yatağım yaş olur.
Qəmdən gözümün nuru sönüb,
Gözlərim düşmənləri görməkdən zəifləyib.
 
* Siz ey şər iş görənlər, məndən uzaq durun!
Çünki Rəbb hönkürtümü eşitdi,
O, yalvarışımı dinlədi,
Rəbb duamı qəbul etdi!
10 Bütün düşmənlərim rüsvay olacaq,
Canlarına vəlvələ salınacaq,
Xəcalət içində bir andaca geri qayıdacaq.
* 6:1 Zəb. 38:1 * 6:8 Mat. 7:23; Luka 13:27