BİRİNCİ SALNAMƏLƏR
KİTABI
GİRİŞ
«1 və 2 Salnamələr» adlanan iki kitab «Şamuel»«Padşahlar» Kitablarındakı hadisələri yenidən başqa nöqteyi-nəzərdən işıqlandırır. «1 Salnamələr» Kitabı İsrail tarixinin yazılmasının iki əsas məqsədini göstərir:
İsrail və Yəhuda padşahlığının başına gəlmiş bəlalara baxmayaraq, Allah İsrail xalqına verdiyi vədlərinə sadiq olub Yəhudada yaşayanlar vasitəsilə Öz xalqı üçün niyyətini həyata keçirirdi. Müəllif bunu Davud və Süleymanın nailiyyətlərində, Yehoşafat, Xizqiya və Yoşiyanın islahatlarında, həmçinin xalqın Allaha sadiqliyində görürdü.
Yerusəlim məbədində xalqın Allaha səcdə etməsi, xüsusilə kahinlərlə Levililərin ibadət xidməti təsvir olunur. Süleyman məbədi tikdi, amma Davud məbədin təməlini və mərasimlərin əsasını qoydu.
Kitabın məzmunu
1:1–9:44 Nəsil şəcərələri və siyahılar
10:1-14 Şaulun ölümü
11:1–29:30 Davudun padşahlığı
11:1–22:1 Bəlalar və nailiyyətlər
22:2–29:30 Məbədi tikmək üçün hazırlıq
1
Adəm və onun nəsilləri
(Yar. 5:1-32)
Adəm, Şet, Enoş, Qenan, Mahalalel, Yered, Xanok, Metuşelah, Lemek, Nuh, Sam, Ham və Yafəs.
Nuhun nəsilləri
(Yar. 10:1-32; 11:10-26)
Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras. Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma. Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Rodanim.
Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan. Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan. 10 Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu. 11 Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular, 12 Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular. 13 Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet, 14 həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar, 15 Xivlilər, Arqlılar, Sinlilər, 16 Ervadlılar, Semarlılar və Xamatlılar.
17 Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud, Aram, Us, Xul, Geter və Meşek. 18 Arpakşaddan Şelah törədi və Şelahdan Ever törədi. 19 Everin iki oğlu oldu: birinin adı Peleq * idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi. 20 Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah, 21 Hadoram, Uzal, Diqla, 22 Eval, Avimael, Səba, 23 Ofir, Xavila və Yovav törədi. Bunların hamısı Yoqtanın oğulları idi.
24 Sam, Arpakşad, Şelah, 25 Ever, Peleq, Reu, 26 Seruq, Naxor, Terah, 27 İbram, yəni İbrahim.
İbrahimin nəsilləri
(Yar. 25:12-16; 36:1-19)
28 İbrahimin oğulları: İshaq və İsmail. 29 Onların oğulları bunlardır: İsmailin ilk oğlu Nevayot, sonra Qedar, Adbeel, Mivsam, 30 Mişma, Duma, Massa, Xadad, Tema, 31 Yetur, Nafiş və Qedma. Bunlar İsmailin oğullarıdır.
32 İbrahimin cariyəsi Qeturanın doğduğu oğullar bunlardır: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. Yoqşanın oğulları: Səba və Dedan. 33 Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır.
34 İbrahimdən İshaq törədi. İshaqın oğulları: Esav və İsrail. 35 Esavın oğulları: Elifaz, Reuel, Yeuş, Yalam və Qorah. 36 Elifazın oğulları: Teman, Omar, Sefi, Qatam, Qenaz, Timna və Amaleq. 37 Reuelin oğulları: Naxat, Zerah, Şamma və Mizza.
Seirin nəsilləri
(Yar. 36:20-30)
38 Seirin oğulları: Lotan, Şoval, Siveon, Ana, Dişon, Eser və Dişan. 39 Lotanın oğulları: Xori və Homam, Lotanın bacısı Timna. 40 Şovalın oğulları: Alvan, Manaxat, Eval, Şefo və Onam. Siveonun oğulları: Ayya və Ana. 41 Ananın oğlu Dişon. Dişonun oğulları: Xamran, Eşban, İtran və Keran. 42 Eserin oğulları: Bilhan, Zaavan və Yaaqan. Dişanın oğulları: Us və Aran.
Edomun padşahları və başçıları
(Yar. 36:31-43)
43 İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: Beor oğlu Bela. Onun şəhəri Dinhava idi. 44 Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu. 45 Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu. 46 Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi. 47 Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu. 48 Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. 49 Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu. 50 Baal-Xanan öldü və onun yerinə Hadad padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi.
51 Hadad öldü və bunlar Edomun başçıları oldu: başçı Timna, başçı Alva, başçı Yetet, 52 başçı Oholivama, başçı Ela, başçı Pinon, 53 başçı Qenaz, başçı Teman, başçı Mivsar, 54 başçı Maqdiel, başçı İram. Edomun başçıları bunlardır.
* 1:19 Peleq – ibrani dilində bölünmə.